"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Binəqədi Gənclərinin III Liderlik Məclisi” yekunlaşıb

--2017-11-07 / 12:37

 “islam Həmrəyliyi ili “ çərçivəsində Binəqədi Rayon icra Hakimiyyəti, Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurası, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 3-5 noyabr tarixlərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “Binəqədi Gənclərinin III Liderlik Məclisi” adlı layihə həyata keçirilmişdir.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlara liderlik bacarıqlarının aşılanması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi olmuşdur. Məlum layihə Azərbaycan Respublikası Prezidenti cənab ilham əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə imzalanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının aidiyyəti bəndlərinə uyğun olaraq təşkil olunmuşdur.

Layihədə Binəqədi rayonun bütün sahələrindən müsahibə yolu ilə seçilmiş fəal olan gənclər, o cümlədən, Suriya, iraq, Fələstin və Misirdən olan gənclər iştirak etmişlər.

3 noyabr tarixdə şamaxıya yola düşən gənclər şəhərin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edərək, Heydər əliyev muzeyi ilə tanış oldular. Muzeydə Ulu öndər Heydər əliyevin həyatı və fəaliyyəti, eləcə də şamaxı rayonuna səfərləri ilə bağlı gənclərə geniş məlumat verildi. Daha sonra gənclər şamaxı Cümə məscidini ziyarət etdilər. Məscidin nümayəndəsi iştirakçıları qarşılayaraq məscidin 743-ci ildə inşa olunduğunu və Azərbaycanın ən qədim məscidlərindən biri olduğunu bildirdi. Qeyd olundu ki, sözügedən məscid cənab Prezident ilham əliyevin müvafiq sərəncamı ilə yenidən qurularaq bərpa olunmuşdur. Ziyarətin ardınca gənclər şamaxı şəhərində yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinə yola düşdülər. Mərkəzdə gənclər qruplara bölünmüş və onlara layihənin xüsusi geyimləri paylanılmışdır. Elə həmin gün “Binəqədi Gənclərinin III Liderlik Məclisi”nin açılış mərasimi keçirilmişdir.

 Aşılış mərasimdə Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz ismayılov , Vergilər Nazirliyinin Tədris Mərkəzin rəisinin birinci müavini Ceyhun Mehdiyev, Bakı şəhər Gənclər və idman Baş idarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak etdilər. Layihəni açıq elan edən Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva qonaqları salamlayaraq layihənin keçirilmə məqsədi haqqında iştirakçılara məlumat verdi. O bildirdi ki, ölkə başçısı cənab ilham əliyevin rəhbərliyi ilə aparılan uğurlu Gənclər siyasəti nəticəsində “Binəqədi Gənclərinin I və II Liderlik Məclisləri” müvafiq olaraq 2014 və 2015-ci illərdə müvəffəqiyyətlə həyata keçirilmişdir. Daha sonra qonaqlar çıxış edərək layihənin iştirakçılarına uğurlar arzuladılar.

Açılış mərasimindən sonra gənclər üçün ilk təlimə “start” verildi. 3 gün müddətində “Layihələrin yazılması və idarə olunması” mövzusunda təşkil olunmuş təlimlərdə layihələrin reallaşması ilə bağlı bütün incəliklər barədə gənclərə məlumat verildi. Keçirilmiş təlimlərin nəticəsi olaraq sonda gənclər öz layihələri təqdim etdilər və həmin layihələrdən ibarət “layihə yramarkası” təşkil olundu.

4 noyabr tarixdə layihə iştirakçılarının Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Nəsirəddin Tusi adına şamaxı Astrofizika Rəsədxanasına səfəri təşkil olundu. Rəsədxananın əməkdaşı tərəfindən gənclərə rəsədxananın tarixi və fəaliyyəti haqqında məlumat verildi. Daha sonra iştirakçılar şamaxının ən qədim kəndlərindən olan “Dəmirçi” kəndinə yola düşdülər. Kənddə gənclər qədim el sənətkarlıq nümunələri ilə tanış olub, kənd ictimaiyyəti ilə görüş keçirdilər.

Axşam saatlarında gənclərin asudə vaxtının səmərəli təşkil olunması və gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə layihə iştirakçıları arasında intellektual oyunlar təşkil edilmişdir. Layihənin hər 3 günündə fəallıq göstəriş gənclərə qiymətli hədiyyələr təqdim olundu.

5 noyabr tarixdə - layihənin III günündə təlimlərin keçirilməsi yekunlaşdırıldı və gənclər öyrəndikləri yeni biliklər əsasənda öz layihələrini hazırladılar. Hazırlanmış layihələr əsasında “Layihə yarmarkası” təşkil olunmuş və layihə rəhbərləri öz layihələrini təqdim etmişlər. Yarmarka bitdikdən sonra gənclərə “Binəqədi Gənclərinin III Liderlik Məclisi” layihəsində iştirak etmələri barədə sertifikatlar təqdim olundu. Təqdimat mərasimindən sonra gənc liderlər şamaxı rayon Tarix-diyarşünaslıq muzeyinə səfər etdilər. Muzeyin əməkdaşı tərəfindən iştirakçılara eksponatlar təqdim olundu, verilən suallar cavablandırıldı. Günün sonunda iştirakçılar Bakıya yola düşdülər.

“islam Həmrəyliyi ili “ çərçivəsində keçirilən “Binəqədi Gənclərinin III Liderlik Məclisi” xoş anlarla başa çatdı.

 

Binəqədi Rayon icra Hakimiyyəti

ŞƏRHLƏR